`Hər kəs atəşkəs üçün müraciət etməlidir` - Zaxarova


02:31     03 İyun 2016 zaxarova.jpg

“Mənə elə gəlir ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olan hər kəs atəşkəs üçün müraciət etməlidir”.


APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Aprel müharibəsi zamanı tərəflər atəşkəs haqda müraciətlə bağlı bir-birini ittiham edirlər. Əslində tərəflərdən hansı atəşkəs üçün müraciət etmişdi?” sualına cavabında M. Zaxarova deyib ki, atəşkəs üçün müraciət edən hər kəs fəxr etməlidir ki, münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə verib: “Məsələ ondadır ki, gücdən istifadəni dayandırmağa nail olundu. Hazırda hər şey sülh prosesinin inkişafına istiqamətlənib”.

Femida.az

Açar sözlər:

Oxunub: 1128